İctimaiyyət

Azərbaycanda deputat sosial şəbəkələri bağlamağa çağırır

Milli Məclisin deputatı Hadı Rəcəbli Azərbaycanda sosial şəbəkələri bağlamağa çağırıb.

Deputatın fikrincə bu məsələdə bir addım belə geri çəkilmək olmaz. Çünki Azərbaycan prezident seçkiləri ərəfəsindədir, təxribatçıların da əsas məqsədi ölkədə sabitliyi pozmaqdır.Hadı Rəcəbli deyib: “Dünyada gedən proseslərə baxsaq görərik ki, sosial şəbəkələr vasitəsilə Misir, Yəmən və digər ölkələri hansı vəziyyətə salıblar. Həmin ölkələri sadaladığım təxribatçı saytlar və sosial şəbəkələr vasitəsilə kütlə psixologiyasına uymaq yolu ilə xaos vəziyyətinə gətiriblər.Bütün bunlara görə də Azərbaycan xalqı həmin təxribatçı qrupların iş üzünü açmalıdır, mənəviyyatsızlığını ortaya qoymalıdır”.

“Bəzi texniki məsələlər var ki, ona qarşı mübarizə aparmaq hələ ki, çətin görünür. Amma bir çox inkişaf etmiş ölkələrdə təhqirə və böhtana, dövlət və onun atributlarına qarşı təxribatlar yayıldığı üçün həmin saytlar və sosial şəbəkələr dərhal bağlanılır. Düşünürəm ki, artıq Azərbaycanda da bu addımları atmaq lazımdır”-Hadı Rəcəbli bildirib.

Daha çox göstər
Back to top button