Bakının hava limanında Estoniya nümayəndəliyinin erməni üzvünü 12 saat saxladıqdan sonra geri göndəriblər
Bakının hava limanında 12 saat Estoniya nümayəndəliyinin erməni üzvünü saxladıqdan sonra geri qaytarıblar. Bu haqda öz Facebook səhifəsində Estoniyada ER səfiri Tiqran Mkrtiçyan yazır.
O xüsusən qeyd edib:
“Estoniya vətəndaşı Talinin şəhər Şurasının üzvü Karine Oqanesyan Beynəlxalq Müəllimlər elmi konfransında iştirak etmək məqsədiylə Azərbaycanın paytaxtı Bakıya gedib. Karine Oqancanyan rəsmi olaraq Estoniya nümayəndəliyiylə birlikdə onların üzvü kimi Bakıya getmək üçün elektron vizasını alıb.Lakin Karinenin hava limanına gedən kimi Azərbaycan hakimiyyətləri “nöqsanı” hiss edərək , onun erməni əsilli olduğuna əmin olaraq Azərbaycana daxil olmağa icazə verməmişlər və onu 12 saat xüsusən saxladıqdan sonra Estoniyaya geri göndərmişlər.
Bu davranış tərzi növbəti dəfə göstərdi ki, Bakı hakimiyyətləri rasizm və baışmazlıq istiqamətiylə gedir.
Antiermənilik siyasətçiliyiylə yoğrulmuş Bakı özü üçün o dərəcədə yad dəyərlərə qarşı növbəti dəfə tsinik davranış təsvir edib.Ümidvaram ki, Estoniya tərəfi bütün bunlardan nəticə çıxararq öz vətəndaşının mənafelərini müdafiə edərək layiqincə səslənəcəkdir. Avropa strukturları həmçinin etinasız qalmamalıdır çünki Estoniya AB üzv dövlətdir və Karine Oqanesyan AB vətəndaşıdır.
Ümumiyyətlə, əgər bir ölkə müxtəlif səbəblərlə beynəlxalq konfranslarda bütün iştirakçıları və müşayiət edən işçilərini qəbul edə bilmirsə, bu ölkədə bu cür tədbirlərin həyata keçirilməsini ciddi şəkildə təhlil etmək lazımdır “.