Təhlil

Erməni Soyqırımı qətnaməsinə qarşı Berlində keçirilmiş aksiyaları məhz Erdoğan təşkil etmişdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2016-cı il iyununda Bundestaqda Erməni Soyqırımını tanıyan qətanməni qəbul edilməsi ilə bağlı Almaniyada etiraz aksiyalar keçirməyə təlimat verdi. Bu haqda Almaniyanın “Der Spiegel” qəzeti yazır.

Almaniya polisi tərəfindən qeyd edilmiş telefon danışığı sübut edir ki, iyunun 1-də Bundestaqda Erməni Soyqırımnı tanıyan qətnamənin qəbulundan bir gün əvvəl Ərdoğan o vaxt Berində olan və etiraz aksiyaları təşkil etməklə məşğul olan Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının deputatı Metin Külünkə zəng etmişdi.

“Der Spiegel” Hessen polisi tərəfindən qeyd edilmiş telefon danışıqlardan birini dərc edib və orada məlum olur ki, Ərdoğan şəxsən bu aksiyaları idarə edirdi.

“Der Spiegel” yazır ki, 2017-ci ildə deputatın türk-alman millətçi “Osmanen Germania” qruplaşdırmasını maliyyələşdirməklə bağlı məlumatlar ortaya çıxmızdı və indi Külünk və Türkiyənin gizli xidmətləri arasında əlaqə tapmaq üçün araşdırmalar başlamışdır. Məlumata görə, bu pullar kürd qruplarına qarşı silahlanmaq üçün tətbiq edilmişdi.

Daha çox göstər
Back to top button