Siyasət

Ermənistan bütün silahlarını Rusiyanın birinci krediti çərçivəsində alıb

Rusiya birinci kredit çərçivəsində Ermənistanın aldığı bütün silahlar artıq Ermənistana təchiz edilmişdir. Bu haqda jurnalistlərlə görüşdə ER Müdafiə nazirinin müavini, MN Dövlət Hərbi Sənaye Komitəsinin sədri Davit Paxçanyan bildirib.

Xatırladaq ki, 2015-ci il iyununda Ermənistan Rusiyadan silah almaq üçün 200 milyon dollarlıq kretid almışdı. Bu kredit xəttinin təchizatı 2017-ci ilin sonuna qədər başa çatdırılmışdır. Məhz o zaman dekabrda Ermənistan parlamenti 100 milyon dollarlıq yeni kredit almışdı.

“RF birinci krediti çərçivəsində silahlar tamamilə təchiz edilmişdir və davam etmək üçün bir razılaşma var. Bu, silah alımının əsas hissəsidir”,-deyə Paxçanyan qeyd edib.

Daha çox göstər
Back to top button