Siyasət

Ermənistan hərbi sənaye sahəsində Serbiya, Çin və Polşa ilə əlaqələrini gücləndirir

Ermənistan hərbi-sənaye sahəsində Rusiya və Hindistandan başqa, Serbiya, Çin və Polşa ilə əməkdaşlığı dərinləşdirmək üçün bir fürsət görür. Bunu bu gün jurnalistlərlə görüşdə ER Müdafiə nazirinin müavini, MN Dövlət Hərbi Sənaye Komitəsinin sədri Davit Paxçanyan bildirib.

“Bir çox ölkələrlə əməkdaşlıq edirik. Xüsusilə də inkişaf etmiş hərbi sənayesi olan Serbiya ilə yaxşı əlaqələrimiz var. Çin və Polşa ilə də işlər aparılır. Əlaqələri inkişaf etdirmək üçün yaxşı şəraitlər var.

Əlbəttə, ixracın bu vəziyyəti hələ də bizim üçün kifayət deyil. Biz bu işə yeni başlayırıq və bunun üçün hazırıq. Hərbi sənaye bazarına tez bir zamanda daxil olmaq mümkün deyil”,-deyə Davit Paxçanyan bildirib.

O qeyd edib ki, erməni hərbi sənayesi elektronika ilə əlaqəli marşrutlar, rabitə, radiolokasiya, kəşfiyyatla əlaqəli sistemlər, robot sistemləri, o cümlədən PUA-lar, optik-elektron, lazer avadanlıqlarına diqqət ayrılır.

Yeni əməkdaşlıqlara gəlincə isə, nazir müavininin sözlərinə görə, Ermənistan son vaxtlarda “Serbiya ilə olduqca yaxşı əlaqələr qurmuşdur”.

Daha çox göstər
Back to top button