İdman

Artsaxlı idmançılar qarışıq döyüş sənətləri (MMA) üzrə dünya çempionatında mükafat yerlərini qazandılar

Martın 23-dən 26-dək Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində qarışıq döyüş sənətləri (MMA) üzrə 18-20 yaşlılar arasında dünya çempionatı keçirilib.

Artsax Döyüş sənətləri Assosiasiyasının prezidenti, qarışıq döyüş sənətlərinin baş məşqçi Qaregin Ağabalyan “Artsakhpress”-ə müsahibədə deyib ki, çempionatda Artsaxdan da iki idmançı iştirak edirdi.

Onun sözlərinə görə, 61,2 kg çəki dərəcəsində artsaxlı Marat Barseğyan 2-ci yeri tutaraq gümüş medalı alıb. 56,7 kg çəki dərəcəsində Davit Koçaryan isə 3-cü yeri tutub və bürünc medalı alıb.

Məşqçinin sözlərinə görə, bugünədək qarışıq döyüşlər üzrə dünya çempionatında iştirak edən Artsax və Ermənistan idmançılarından heç kəs finala çatmamışdı və bu baxımdan Marat Barseğyan birinci olub.

Çempionat nəticələrinə dair isə, Ağabalyan qeyd edib ki, nailiyyətlər qənaətbəxşdir.

Daha çox göstər
Back to top button