Qarabağ Respublikasının Prezidenti Bako Sahakyan ABŞ-dakı erməni Мirror Spectator dərgisinə verdiyi müsahibədə, azərbaycanlı qaçqınların Artsaxa qayıda biləcəyini və Artsax qanununua tabe olacaqları təqdirdə burada yaşamalarına etiraz etmədiyini bildirdi.
“Qaçqınların problemi ilə bağlı məsələlər mütəmadi olaraq qaldırılır. Hazırda biz əsasən azərbaycanlı qaçqınlardan danışırıq, amma erməni qaçqınları haqqında da danışmaq lazımdır” – deyərək Bako Sahakyan qeyd edib.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına toxunan Artsax Prezidenti ölkəsinin Ermənistan və Azərbaycanla danışıqlar aparan tərəf olmasının lazım olduğunu vurğuladı. Onun sözlərinə görə, hər şeyin arqumenti müzakirə masasına Artsaxı qaytarmaq üçün edilir və məsələyə yaxınlaşmaq üçün bu mühüm amildir.
Xatırladaq ki,martın 12-də Artax Respublikasının Prezidenti Bako Sahakyanın başçılıq etdiyi nümayəndə heyəti işgüzar səfərdə Vaşinqtona yola düşüb. Martın 14-də Sahakyan ABŞ Konqresini ziyarət edib, burada Qarabağ və ABŞ arasında münasibətlərin, Azərbaycan-Qarabağ münaqişəsinin həllinə və regional proseslərə dair məsələləri müzakirə etmək üçün Xarici İşlər Komitəsinin bir qrup üzvü ilə görüşüb və müzakirələr aparılıb.