ER Müdafiə naziri Viqen Sarkisyan martın 28-də Hindistanın Müdafiə nazirliyinin planlaşdırma və beynəlxalq əməkdaşlığı məsələəri üzrə birləşmiş katibi Şambu Kumaranı və Ermənistan Respublikasında Hindistanın fövqalədə və səlahiyyətli səfiri Yoqeşvar Şanqvanı qəbul edib. ER Müdafiə nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, görüş ərzində müdafiə sahəsində erməni-hind əməkdaşlığına dair məsələlər müzakirə olunub xüsusən Ermənistan və Hindistan Müdafiə nazirliklərinin nümayəndələri arasında 2017-ci il mayında Nyu Delidə aparılan danışıqlar ərzində əldə olunan şərtləşmələrin həyata keçirilməsinə dair müzakirələr keçirilib. Görüşdə hərbi-texniki əməkdaşlıq məsələləri də müzakirə olundu.
Əlaqədar məqalələr
Həmçinin yoxlayın
Close