BaşlıcaSiyasət

Həsən Ruhani: “Qarabağ problemi siyasi yolla tənzimlənməlidir”

İran Prezidenti Həsən Ruhani:  “Dağlıq Qarabağ problemi siyasi yolla tənzimlənməlidir”. APA-nın xəbərinə görə, bunu İran Prezidenti Həsən Ruhani Bakıda Azərbaycan prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatla çıxışında deyib.

“Biz belə düşünürük ki, Qarabağ problemi də siyasi yolla tənzimlənməlidir. Azərbaycan və Ermənistan dövlətlərinin səyi ilə biz bölgədə möhkəm sabitliyin bərqərar olmasının şahidi olmaq istəyirik. Biz şadıq ki, bu müstəvidə diplomatik səylər göstərilir”,-deyə Prezident Ruhani qeyd edib.

O vurğulayıb ki, dünya ictimaiyyətinin hörmətlə yanaşdığı beynəlxalq prinsiplər məsələnin həlli üçün alətə çevrilməlidir.

Daha çox göstər
Back to top button