Beynəlxalq

Valeri Semerikov: “ KTMT üzv ölkələrin silahlı qüvvələrini müasir silahlanma ilə təmin etməyə böyük diqqət yetirir”

KTMT Kollektiv təhlükəsizlik şurası və Nazirlər şurası teşkilatın kollektiv qüvvələri və üzv olan ölkələrin milli silahlı qüvvələrini müasir silahlanma və hərbi texnika ilə təmin etməyə böyük diqqət yetirir. «ArmHiTec 2018» beynəlxalq sərgisinin açılış mərasimi zamanı bu barədə Kollektiv Təhlükəsikzlik Müqaviləsi Teşkilatının baş katibinin müavini Valeri Semerikov bildirib.

“Kolektiv Təhlükəsizlik Şurası, KTMT üzv ölkələrinin rəhbərlərinin başçılığıyla, KTMT Nazirlər Şurası hərbi təhlükəsizliyi təmin etmək, suverenliyi və ərazi bütövlüyünü qorumaqla bağlı beynəlxalq terrorizm və ekstremizm təzahürləri nəticəsində meydana çıxan problem və təhlükələri hesaba alaraq beynəlxalq terror və teşkilatın kollektiv və üzv ölkələrin milli silahlı qüvvələrinin müasir silahlanma ilə təmin edilməsinə böyük diqqət yetirir.

O əlavə edib ki, bu vacib vəzifənin həyata keçirilməsi KTMT üzvü olan hər bir ölkənin hərbi-sənaye sisteminin inkişafından asılıdır. KTMT baş katibinin müavini əminliklə qeyd edib ki, dolu iş planı olan “ArmHiTec 2018” forumu KTMT üzv dövlətlərinin hərbi əməkdaşlığının inkişafına, iş əlaqələrinin qurulmasına töhfə verəcəkdir.

Valeri Semerikov həmçinin qeyd edib ki, sərgidə KTMT üzv dövlətlərinin hərbi sənaye kompleksinin nümayəndələrini və Bolqarıstan, Almaniya, Yunanıstan, Çin, Polşa, Fransa və digər ölkələrin nümayəndə heyətlərini görümək üçün çox şaddır.

Daha çox göstər
Back to top button