Siyasət

ER Müdafiə naziri Yunanıstanla hərbi sahəsində əməkdaşlığın zəngin ənənələrini qeyd etdi

Ermənistan Müdafiə naziri Vigen Sargsyan qeyd edib ki, 2016-cı il dekabrında Afinada Yunanıstan MN ilə əldə edilmiş bütün razılaşmalar səmərəli şəkildə həyata keçirilir. ER Müdafiə naziri bunu ER MN inzibati kompleksində keçirilmiş mətbuat konfransında bildirib.

“Biz hər il hərbi əməkdaşlığımızın layihəsini genişləndiririk və bütün tədbirləri tam həyata keçirərək ölkələrimiz arasında olan əməkdaşlığın parlaq ənənələrini gücləndirmə imkanları yaradılır”,-deyə Vigen Sargsyan bildirdi.

O əlavə etdi ki, Yunanıstan Müdafiə naziri ilə görüşdə iki ölkə arasında olan yüksək səviyyəli siyasi əlaqələrini və regional və beynəlxalq təhlükəsizlik məsələlərində ümumi yanaşmalarını bir daha da qeyd etmə imkanı oldu.

“Qeyd etmək istəyirəm ki, bizim Yunanıstanla əməkdaşlığın zəngin ənənələrimiz var. Silahlı Qüvvələrimizin təxminən 170 zabiti Yunanıstnda hərbi təhsil almışdır və onlar bu gün Ermənistan Silahlı Qüvvələrində müxtəlif yüksək vəzifələrdə işləyərək ölkəmizin təhlükəsizliyini təmin edirlər, sərhədlərimizi qorurlar və iki xalqlar və ölkənin Silahlı Qüvvələri arasında körpüdürlər”,-deyə ER Müdafiə naziri bildirdi.

Daha çox göstər
Back to top button