Siyasət

Ermənistandan Yunanıstana dəsətk: Türkiyə yunan əsgərlərini sərbəst buraxmalıdır

Ermənistan pis hava olduğundan Türkiyə ərazisinə keçən və casusluqda ittiham olunan iki yunan əsgərinin dərhal azad edilməsi mövzusunda Yunanıstana dəstək verir. ER MN inzibati kompleksində keçirilmiş mətbuat konfransında bunu ER Müdafiə naziri Vigen Sargsyan bildirib.

“Hesab edirəm ki, yaxşı niyyətlər nümayiş etdirilməlidir və bütün münasibətlərdə qarşılıqlı hörmət və bir-birinə daha çox çevik yanaşma qabiliyyəti üstün olmalıdır. Bu məsələdə biz Yunanıstan tərəfinə dəstək veirirk”,-deyə V. Sargsyan qeyd etdi.

Vigen Sargsyan həmçinin Yunanıstanlı həmkarı ilə Türkiyə ilə münasibətlərini müzakirə etdiyini söylədi. “Biz bu ölkənin ön şərtlər və ya təhdid dillə danışma siyasətini qəbuledilməz hesab etdik. Bu kontekstdə həmkarıma 2009-cu ildə imzalanmış Ermənistan-Türkiyə protokollarının ləğv olunma səbəbləri barədə məlumat verdim”,-deyə ER Müdafiə naziri qeyd etdi.

Daha çox göstər
Back to top button