Siyasət

Estoniya mətbuatı Azərbaycan tərəfindən Estoniya vətəndaşı Karine Oganesyanın Bakı aeroportundan geriyə deportasiya edilməsi barədə

Estoniya mətbuatı bu günlərdə Estoniya vətəndaşı, Tallin Şəhər Şurası sədrinin müşaviri Karine Oganesyanın Azərbaycana getməsi və Bakı aeroportundan geriyə deportasiya edilməsinə toxundu. Ölkənin  nüfuzlu nəşrləri öz narahatlığını dilə gətirən kritik məqalələri dərc etdilər.

Estoniyanın “news.err.ee” xəbər saytı hadisə ilə bağlı yazıb ki, martın 23-də Karine Oganesyan  beynəlxalq elmi-praktiki konfransında iştirak etmək üçün Estoniya nümayəndə heyətinin tərkibində Bakıya gəlmişdi, lakin erməni soyadı olduğu üçün Bakıya buraxılmamışdır. O 12 saat neytral zonasında qalıb və Estoniyaya geri göndərilmişdir.

Sayt Estoniyada ER səfiri Tigran Mkrtçyanın sözlərini təqdim edir. O bildirmişdi ki, bu cür davranış Bakı hakimiyyətlərinin dözümsüz və irqçi siyasətini bir daha da göstərmişdir.

Estoniyanın ən nüfuzlu xəbər saytlarından “delfi.ee” hadisəylə bağlı yazır: “Karine Oganesyanın elektron giriş vizası vardı, lakin onu ölkəyə buraxmadılar”. Sayt Estoniyanın Milli Azlıqlar Palatasının sədri Rafik Grigoryanın sosial şəbəkələrdə yazdığı narazılıq sözlərini təqdim etdi.

Hadisə ilə bağlı “baltnews.ee” xəbər saytı da yaızb. Saytda qeyd edilir ki, Karine Oganesyanın səfəri zamanı Azərbaycan hakimiyyətləri tərəfindən “səhv tapılmışdır” (yəni erməni soyadı) və bunun nəticəsində Karine Oganesyanı yarım gün aeroportda saxladıqdan sonra Estoniyaya geri göndərmişdilər.

Sayt səfir Tigran Mkrtçyanın Twitter paylaşımını təqdim edir. Səfir yazmışdı ki, Estoniya tərəfi Azərbaycanın Estoniya vətəndaşına qarşı bu cür pis və aşağı davranış üçün müvadiq şəkildəreaksiya verməlidir.

Estoniyalı məşhur jurnalist, “EEA news”-un sabiq redaktoru və “Estonian Warld online” portalının baş redaktoru Silver Tambur hadisə ilə bağlı öz facebook səhifəsində yazır ki, hadisədən sonra hər kəs Azərbaycanın hansı ölkə olduğunu bir daha da görmüş oldu.

Müəllim həmçinin əlavə edir ki, estoniyalı siyasətçilər bütün dünyada insan hüquqlarını müadfiə edirlər, lakin Azərbaycanı görməzdən gəlirlər.

“ohtuleht.ee” saytı hadisəni təqdim edərək qeyd edir ki, onların sualına cavab olaraq Estoniya XİN bildirmişdir ki, onlar hadisə barədə bilirlər və baş verənləri öyrənmək üçün tədbirlər görürlər. Sayt yazır ki, Estoniyanın diplomatik nümayəndiliyinin sədri Oganesyanla əlaqə saxlayıb və məlum olub ki, onu ölkəyə buraxmadılar.

“postimees.ee” saytı Azərbaycan hakimiyyətlərinin özbaşınalığını təqdim edir və yazır ki, erməni soyadı Karine Oganesyanın ölkəyə buraxılmaması üçün səbəb oldu.

Daha çox göstər
Back to top button