Ekonomika

Kənd təsərrüfatı sahəsində Ermənistan-Çin əməkdaşlığının perspektivləri dəqiqləşdirilmişdir

ER Kənd təsərrüfatı naziri İgnati Arakelyan Çin Xalq Respublikasının ER-dakı fövqəladə və səlahiyyətli səfiri Tien Irlonqu qəbul etdi. Bu haqda ER Kənd təsərrüfatı Nazirliyindən məlumat verilir.

İqnati Arakelyan erməni şərabçılıq və konyak məhsullarının Çin bazarına girməsi üçün birgə tədbirlər görməyi təklif edib. Nazir həmçinin qeyd edib ki, Ermənistanda üzümçülük və şərabçılıq fondu yaradılıb və bu sahədə aktiv fəaliyyət aparmaqdadır.

Nazir İqnati Arakelyan əminliklə qeyd etdi ki, Çin bazarında erməni kənd təsərrüfatı məhsullarının tanınmasını erməni məhsullarına olan marağın artmasına və Çin investisiyalarına səbəb olacaq.

Çinin fövqəladə və səlahiyyətli səfiri 2018-ci il noyabrında Şanhay şəhərində keçiriləcək “China International Import Expo 2018” sərgisinə toxunaraq bu böyük tədbirdə aqrar sektorun erməni nümayəndələri də iştirak etməyə təklif edib. Görüş zamanı tərəflər kənd təsərrüfatı sektorunda birgə layihələrin həyata keçirilməsi məqsədilə Çin kənd təsərrüfatı bazarının mövcud tələbatını öyrənmək barədə razılığa gəliblər.

Daha çox göstər
Back to top button