Siyasət

O. Boçkaryov: “Erməni-rus üç yeni layihəsi hazırlanır”

Rusiya və Ermənisan müdafiə orqanları üç yeni saziş imzalayıblar. Bu barədə Yerevanda jurnalistlərə Rusiya hərbi sənaye komissiyasının sədrinin müavini Oleq Boçkaryov ArmHiTec müdafiə texologiyalar sərgisi zamanı bildirib.

Rusiya KTMT əməkdaşlıqlarıyla tərəfdaşlığı genişləyir. Həm xüsusi əhəmiyyətli texnologiyalar, həm də mülki həyatdakı bəzi inkişafların investisiya imkanları müzakirə edilir.
“Bu gün bir ölkə yeni, taktiki silah yarada bilməz. Belə texnologyalar yalnız Rusiya yarada bilər, çünki KTMT təhlükəsizliyinin zəmanətçisidir”- deyə Boçkaryov vurğuladı.
Amma rus mütəxəssisləri erməni mühəndisləri və proqramçıları tərəfindən hazırlanmış texnika laqeyd yanaşmırlar.
“Əgər Rusiya, Qazaxistan və Belarus ilə müqayis etsək, sizin proqramçılarınızın işi ən yaxşılardan biridir. Bütün bunları, əlbəttə, birgə proqramlarda iştifadə edilə bilər”- deyə o qeyd edib. Rusiya Mmüdafiə nazirliyinin nümayəndələri bu barədə Sergey Şoyquya bildirəcək.

Rusiya nümayəndəliyinin üzvləri işgüzar qruplar təşkil edib. Qruplar erməni Hərbi sənaye kompleksinin müəssisələrini ziyarət ediblər. Onun nəticəsində artıq üç yeni razlaşmalar imzalanıb.
“Başqa sözlə, erməni-rus tərəfdaş müəssisələrinin üç cütlüyü formalaşdırılıb. Gələcəkdə onlar bu əlaqələrini inkişaf etdirməyə çalışacaq”- deyə Boçkaryov vurğuladı.
Ruslar həmçinin erməni xüsusi texnika və elektronika ilə maraqlanırlar. Erməni SSR Sovet İttifaqında sənayesi ilə məşhur idi.

Daha çox göstər
Back to top button