İctimaiyyət

Fransada mühacirətdə yaşayan azərbaycanlı jurnalist silahlı hücuma məruz qalıb: onun həyat yoldaşı öldürülüb

Azərbaycan hakimiyyətlərini tənqid etmək üçün ölkədən qovulmuş Rahim Namazov və onu həyat yoldaşı silahlı hücuma məruz qalıblar. Bu barədə “Deutsche Welle” mətbusu məlumat yayıb.

Mətbuya əsasən, hadisə Tuluza şəhərinin yaxınlığındakı Kolomye şəhərində qeydə alınıb. Hücumun nəticəsində Rahim Namazov silahla ağır yaraılanıb, onun həyat yoldaşı isə öldürülüb. Kolomye şəhərinin bələdiyyə başçısı jurnalistə qarşı siyasi hesablaşma ehtimalını istisna etməyib.

Fransanın polis mənbəsinin məlumatlarına əsasən, Namazov və həyat yoldaşına qarşı 7 güllə vurulanda, onlar yaşayış binasında avtomobillə hərəkət edirdi. Kolomye şəhərinin bələdiyyə başçısı Karine Michelet-Traval bildirib ki, bunun hesablaşmadan başqa bir şey olması ağıla gəlmir, çünki Namazov ölkəsində işgəncəyə məruz qalıb və həbs olunub, ondan sonra isə Fransada siyasi sığınacaq almışdır.

Namazov arxadan silahdan yaralanıb, həkimlər onu qurtarmaq çalışır, həyat yoldaşı isə yaxın məsafədən başından aldığı güllə yarasından yerdə ölüb. Rahim Namazv Azərbaycan hakimiyyətləini ən ciddi şəkildə tənqid edənlərdən biri olub. 2010-cı ildə Fransadan siyasi sığınacaq xahiş etməkdən əvvəl o, həbs cəzası alıb.

2010-cı ildə YouTube-də dərc edilmiş videoda Namazov deyib ki, o, Azərbaycan ordusunda əsgərlərə qarşı dəhşətli davranışdan yazdığına görə həbs olunduğunu bildirib. O bildirb ki, 6 ay təcridxanada olub.

Daha çox göstər
Back to top button