İctimaiyyət

YouTube mənzil-qərargahında atəş açan qadın azərbaycanlıdır

San-Bruno şəhərində (ABŞ, Kaliforniya ştatı) YouTube şirkətinin mənzil-qəragahında atəş açan Nəsim Nəcəfi Ağdam iranlıdır. O, vegeterian olub. YouTube-da videobloqu və 5000-ə yaxın abunəçisi olub. Bu barədə Newshub bildirib.

Nəşrin məlumatına görə, Nəsim Ağdam YouTube-dakı profilində özünü “fars-azərbaycanlı vegeterian-kulturist”, həmçinin “sağlam və humanist həyat tərzinin təbliğatçısı” adlandırıb.

O, heyvanların hüquqlarının müdafiəsi üzrə fəal olub. 2009-cu ildə Los Angeles Times ondan şərh götürüb. Həmin şərhdə N.Ağdam ordu təlimlərində donuzlardan istifadənin əleyhinə olub.

Son vaxtlar bloger YouTube administrasiyasının hərəkətindən şikayətlənib. Onun fikrincə, yazıları “filtrasiya edilir” və buna görə də qadın az gəlir əldə etməyə başlayıb.

İlk belə bəyanat 2017-ci ilin yanvarında dərc edilib. Sonradan Nəsim videoservisin siyasətinə qarşı çıxıb. Hazırda onun kanalı ləğv edilib.

Hücumdan öncə gecə polis onu evinin yaxınlığında Santa-Klara dairəsində avtomobilində yatmış vəziyyətdə tapıb. Ailəsi onun yoxa çıxdığını bildirmişdi.

Nəsimin atası polisə xəbərdarlıq edib ki, onun qızı YouTube ofisinə gedə bilər, çünki şirkətə “nifrət edib”. Zabitlər Nəsimlə söhbət ediblər, ancaq axtarış aparmayıblar. Bundan sonra onlar onun ailəsi ilə əlaqə saxlayıblar və bildiriblər ki, hər şey qaydasındadır. Bir neçə saatdan sonra qadın atəş açıb, üç nəfəri yaralayıb, sonra özünü güllələyib.

Daha çox göstər
Back to top button