İctimaiyyət

Ermənistandakı Rusiya hərbi bazasının hava hücumundan müdafiə sistemləri şərti rəqibin hücumlarına cavab veriblər

Ermənistandakı Rusiya hərbi bazasının Buk-M1-2, Strela-10  zenit-raket kompleksləri  və İqla-1 daşına bilən zenit-raket komplekslərinin təlimləri ərzində  şərti rəqibinin hücumlarına cavab verilib.

Rusiya Federasiyasının Cənubi hərbi okruqunun mətbuat xidmətinin bildirdiyinə görə, 3 gün ərzində hərbi qulluqçular dövlət sərhədinin və şərti rəqibinin müxtəlif hücumlarından Rusiya hərbi bazasının obyektlərinin müdafiəsinə yönəlmiş təlimlər keçiriblər.

Hava Müdafiə birlikləri çətin  şəraitdə və gecə saatlarında şərti rəqibin  hədəflərini aşkarlayıb və  Buk, Strela və İqla sistemlərindən  istifadə edərək məhv ediblər.

Zenitçilər Kamxud poliqonunda şərti rəqibin pilotsuz uçuş aparatları ilə kəşfiyyat həyata keçirilən hava hədəflərinə  qarşı  10 e-siqnalı buraxıblar.

Hərbi təlimlərə 200-dən çox hərbi qulluqçu və təxminən 500 ədəd hərbi texnika cəlb olunub.

 

Daha çox göstər
Back to top button