Siyasət

Serj Sarksiyan Roma Papası ilə görüşdü

Aprelin 5-də Ermənistan Respublikasının Prezidenti Serj Sarksiyanın Vatikana etdiyi rəsmi səfəri Roma Papası Fransisklə görüşlə başlayıb. Respublika Prezidenti Ermənistan və Vatikan arasında ikitərəfli münasibətlərinə göstərilən fədakarlıq və daimi qayğı, yaranmış səmimi və isti dialoq üçün Roma Papasına təşəkkür etdi. Serj Sarksiyan qeyd edib ki, son illər ərzində bu artıq Roma Papası ilə 5-ci görüşüdür.

Prezident Roma Papası Fransisklə görüşü böyük şərəf adlandırıb və məmnunluqla 2016-cı ildə “İlk xristian ölkəsinə həcc” sloqlanı altında Ermənistana etdiyi səfərini, həmçinin 2015-ci ildə Vatikana səfərini və Surb Petros məbəddə Papa tərəfindən erməni xalqının dahi övladı Surb Grigor Narekatsinə şərəfli titulun verilməsi və katolik kilsəsinin 36-cı ən böyük düşünənlərindən biri olaraq tanınmasını xatırlatdı.

Bu barədə ER Prezident administrasiyasından məlumat verilir.

Görüş zamanı ER Prezidenti və Roma Papası Ermənistan-Vatikan dövlətlərarası əlaqələrini inkişaf etdirməyə və dərinləşdirməyə, iki ölkə arasında mənəvi və mədəni əlaqələri gücləndirməyə hazır olduğunu bildiriblər.

Daha çox göstər
Back to top button