Siyasət

Apellyasiya Məhkəməsi AXCP fəallarını həbsdə saxlayıb

Aprelin 5-də Bakı Apellyasiya Məhkəməsində AXCP-nin gənc fəalları Orxan Baxışlı, Abdulla Mahmudov və Ayaz Qasımovun şikayətlərinə baxılıb. Onlar müxalifətin 31 mart mitinqi ərəfəsində inzibati qaydada həbs olunublar.

Apellyasiya Məhkəməsi müdafiə tərəfinin sübutlarına məhəl qoymayıb, gəncləri həbsdə saxlayıb. Bu barədə Turan-a vəkil Əsabəli Mustafayev bildirib.

A.Mahmudov və O.Baxışlı 30 sutka, A.Qasımov 15 sutka həbs edilib. Onlar polisə tabe olmamaqda ittiham olunublar.

Ancaq vəkilin qeyd etdiyi kimi, gənclər polisə çağrırılıblar və ora könüllü gediblər.

AXCP-də hesab edirlər ki, hakimiyyət gəncləri siyasi motivlərlə həbs edib. Məqsəd 31 mart mitinqinin kütləviliyinin qarşısını almaq olub.

Bu aksiya aprelin 11-nə təyin edilən növbədənkənar prezident seçkilərinin əleyhinə keçirilib.

Daha çox göstər
Back to top button