Təhlil

Deutsche Welle DQ münaqişəsinin nizamlanma prespektivləri haqqında

Ekspertlər düşünür ki, Azərbaycanda prezident seçkiləri, Ermənistanda Serj Sarkisyanın prezidentliyinin birməsi, həmçinin ABŞ və RF əməkdaşlığı Qarabağ münaqişəsinin nizamlanması üçün şəraitlər yaradabilər.

“2016-cı ildə Qarabağda hərbi əməliyyatlara həsr edilmiş dəyirmi masa iştirakçıları qarşıdurmaların yenidən başlama riskinin mövcud olduğuna dair həmfikirdilər”,-deyə Deutsche Welle yazır.

“Biz, bu gün olduğumuz kimi, heç bir zaman sülh müqaviləsindən bu qədər uzaq olmadıq. Mən bugünədəkyeni müharibə ehtimalını yüksək qiymətləndirirəm”,-deyə Regional Araşdırmalar Mərkəzinin analitiki Davit Şahnazaryan Dağlıq Qarabağ münaqişəsinin 2016-cı ildə olmuş gərginlikdən iki il sonra yazır. Davit Şahnazaryan 1990-cı illərdə ER Hökumətinin üzvü, sonra da deputatı olmuşdu.

Tədbir aprelin 4-də Brüsseldə Avropanın EPC analitik mərkəzi tərəfindən keçirilmişdi.

Qeyd edilir ki, bu cür qorxuların səbəbləri az deyil. Tərəflər yalnız təmas xəttində hərbi iştirakını gücləndirmirlər, həm Ermənistanda, həm də Azərbaycan cəmiyyətində militarist əhval-ruhiyyəni də gücləndirirlər, lakin hər kəs pessimist deyil.

Britaniyanın LINKS analitik mərkəzinin direktoru Daniel Samut sülh danışıqlarda irəliləyiş imkanı görür. Onun fikrincə, bunun üçün Ermənistanda, Azərbaycanda və beynəlxalq alanlarda müvafiq şəraitlərin olması lazımdır.

Analitiklərə görə, beynəlxalq arenada vəziyyət əlverişsiz olsa da, ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında bir sıra məsələlər üzrə mürəkkəb münasibətlər nəzərə alınmaqla, Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində qarşılıqlı anlaşmaya malikdir

Daha çox göstər
Back to top button