Siyasət

Serj Sarkisyan: Azərbaycan hakimiyyəti uzun illərdir neft pulları səbəbilə anlaşılmazlıqlardadır

Ermənistan ictimaiyyəti arasında ölkə səlahiyyətlilərinin xarici siyasəti barədə ümumi bir konsensus var. Bu haqda Birləşmiş Ərəb Əmirliklərində dərc olunan, Yaxın Şərq və Körfəz ölkələrində yayılan “Gulf News” qəzeti və “Global FDI reports” agentliyinin Ermənistana həsr edilmiş xüsusi nəşrdə dərc olunmuş ER Prezidenti Serj Sarkisyanın müsahibəsində onun prezidentliyində olan xarici siyasi prioritetlər barədə qeyd olunur.

“Hər şeydən öncə deməliyəm ki, Ermənistanın xarici siyasəti 4 əsas proaktiv, cəlb olunmuş, sabit və maraqlarımızın tələb etdiyi yerdə sağlam iştirakı etmə istiqamətlərinə əsaslanır. Keçən 10 il ərzində biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması və Ermənistan, Dağlıq Qarabağ Respublikası və Azərbaycan arasında stabil sülhün təmin olunması üçün səy göstərmişik. Bu məsələnin əsas vasitəçilik formatı olan ATƏT-in Minsk Qrupu həmsədr ölkələri ABŞ, Fransa və Rusiyanın dəstəklədiyi bütün səylərimizə baxmayaraq, keçməmiş üçün daha çox uzun yolo var.

Azərbaycan tərəfindən bu günədək davam olunan atəşkəs rejiminin pozmaları, 2014-cü il avqustunda və 2016-cı il aprelində baş vermiş 4 günlük müharibə nəticəsində səylərimiz təhdid altına düşdü”,-deyə ER Prezidenti qeyd etdi.

O təəssüflə vurğuladı ki,  Azərbaycan rəhbərliyi uzun müddətdir neft pulları səbəbindən anlaşılmazlıqlardadır və problemin həllində maksimalist fikirlərini saxlamağa davam edir.

Daha çox göstər
Back to top button