Ekonomika

Serj Sarkisyan Ermənistanın cazibədarlığı və qoyulan investisiyalar haqqında

Ermənistanın Körfəz ölkələrindən və ya başqa yerdən olan turistlər üçün cazibədar bir yer olmağa bütün keyfiyyətlərə malikdir. Bu haqda Birləşmiş Ərəb Əmirliklərində dərc olunan, Yaxın Şərq və Körfəz ölkələrində yayılan “Gulf News” qəzeti və “Global FDI reports” agentliyinin Ermənistana həsr edilmiş xüsusi nəşrdə dərc olunmuş ER Prezidenti Serj Sarkisyanın müsahibəsində deyilir.

O qeyd etdi ki, Ermənistan BƏƏ vətəndaşları üçün vizasız rejim tətbiq edir və dil məsələsi burada asanlıqla həll olunur. “Ölkənin zəngin tarixi və mədəni irsi və gözəl təbiəti, həmçinin yumşaq havası var. Biz zəruri infrastrukturu qurduq və turistlərin bütün bunlardan istifadə etmək üçün müxtəlif variantları var. Hər şey mövcuddur. Ermənistan və Yerevan tamamilə təhlükəsizdir”,-deyə Ermənistan Prezidenti qeyd etdi.

Prezident potensial investorlar üçün qeyd edib ki, kiçik ölkə olaraq Ermənistanda gələn hər bir böyük investor üçün xüsusi iş aparma üstünlüyü var. “Biz investorlara üstünlüklər və vergi imtiyazları veririk. Ermənistanda qoyulan investisiyalar təhlükəsiz mühitdədirlər”,-deyə Serj Sarkisyan bildirdi.

Daha çox göstər
Back to top button