İctimaiyyət

ABŞ-da Artsax Respublikasının daimi nümayəndəsi Yel Universitesində çıxış edib

3 Apreldə ABŞ-da Artsax Respublikasının daimi nümayəndəsi Robert Avtisyan ABŞ Konektikut ştatının Yel Universtesində erməni tələbələrin təşkil etdiyi  “Dağlıq Qarabağ və Azərbaycan. Danışıqlar prosesində irəliləyiş perspektivləri” mövzusunda konfransda iştirak etdi.

Tədbirdə ER-də kçmiş ABŞ səfiri Jon Evans, ATƏT Minsk qrupunun ABŞ-nın keçmiş həmsədri Keri Kavanon iştirak edib. Müzakirənin moderatoru universitenin baş elmi işçisi,  ABŞ prezidentinin keçmiş məsləhətçisi Tomas Grehem idi.

Öz çıxışında Robert Avetisyan Dağlıq Qarabağ münaqiəsinin nizamlanması ilə bağlı Artsax Rezspublikasının mövqeyini təqdim edərək,  danışıqlar prosesinin indiki vəziyyətinə də toxundu. Bu konteksdə Artsax Respublikasının daimi nümayəndəsi qeyd etdi ki, münaqişənin sülh yolu ilə nizamlanması prosesində irəliləyişin təmin edilməsi üçün üçtərəfli danışıqlar formatı bərpa edilməli  və bütün mərhələlərdə Artsax tərəfi  tam iştirak etməlidir.

Robert Avetisyan iştirakçıların suallarını da cavablandırdı.

Daha çox göstər
Back to top button