İctimaiyyət

AFFA qanunsuz olaraq İlham Əliyevin təbliğatı ilə məşğul olur?

“Biz qalib gəlməyi arzulayırıq və qələbənin sirrini biləni dəstəkləyirik. Biz ölkəmizdəki sabitliyin təminatçısını dəstəkləyirik. Biz davamlı inkişafı, güclü iqtisadiyyatı dəstəkləyirik. Ölkə idmanının ən böyük təəssübkeşini dəstəkləyirik. Biz gələcəyimizə səsə veririk, biz İlham Əliyevi dəstəkləyirik”.

Bu cümlələr futbol üzrə Azərbaycan yığma komandasının üzvlərinə – Cavid İmamverdiyev, Namiq Ələsgərov, Rahib Məmmədov və Qara Qarayevə məxsusdur. Onlar aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləriilə bağlı hazırlanan videoçarxda İlham Əliyevə dəstək olublar. Dəstək videosu “Qarabağ” klubunun və yığma üzvü Qara Qarayevin “Facebook” səhifəsində paylaşılıb. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi “Facebook” səhifəsi Qarayevin səhifəsində olan videoçarxı yayımlayıb.

AFFA-nın rəsmi saytında federasiyanın nizamnaməsi var. Nizamnamənin “Ümumi müddəlar” hisssəsində “AFFA-nın hüquqi statusu, baş qərargahı və ona üzvlük” maddəsinin ikinci bəndində qeyd olunur ki, AFFA, siyasət və din məsələlərində neytraldır. O, hər hansı formada siyasi, dini, cinsi, etnik, irqi və ya başqa ayrı-seçkiliklərə qarşıdır və bu hərəkətlərə yol vermiş şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görür. O, demokratiya, şəffaflıq və könüllülük prinsiplərinə əsaslanır.

Nizamnamənin 16-cı maddəsində , “Üzvlərin öhdəlikləri” hissəsinin “h” bəndində etnik, cins, dil, din, siyasət əsasında və ya hər hansı başqa səbəbdən ölkəyə, şəxslərə və ya şəxslər qrupuna qarşı ayrı-seçkiliyə yol verilməsinə imkan verməməsi qeyd olunur.

Daha çox göstər
Back to top button