Təhlil

AİB-ə Ermənistanın üzvlüyü Yerevan və Moskva əməkdaşlığı üçün böyük təkandır

Ermənistan və Rusiya arasında müttəfiq və strateji tərəfdaşlıq münasibətləri var. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov son 10 ildə ER v ə RF ikitərəfli əlaqələri barədə Ermənistan mətbuatına müsahibəsində deyib.

“Bu əlaqələr ölkələrimizin fəaliyyətinin bütün sahələrini (təhlükəsizlik siyasəti, xarici siyasət, mədəniyyət, iqtisadiyyat, texnologiya əlaqələri, humanitar əlaqələr, təhsil və s.) əhatə edir”,-deyə o qeyd etdi.

Lavrov vurğulayıb ki, AİB-ə Ermənistanın üzvlüyü ticarət-iqtisadi, investisiya əməkdaşlığımıza çox güclü təkan verdi:

“Keçən il Ermənistan və Rusiya arasında ticarət dövriyyəsi 30% -dən çox artıb və 1 milyard 750 milyon dollara çatıb. Bu çox böyük bir məbləğdir. Ermənistanda yüzlərlə rus və ya rus-erməni təşkilatı işləyir və bizim əlaqələrimizə və müttəfiqimizin iqtisadiyyatına fayda verir”.

Lavrova görə, hərbi-texniki əməkdaşlığı ənənəvi olaraq sıxdır, ticarət-iqtisadi əməkdaşlığın ilə bağlı Hökumətlərarası komissiyasının yanında hərbi-texniki əməkdaşlıq məsələləri üzrə də komissiya vardır. Onlar aktiv şəkildə işləyir və yaxşı nəticə verirlər.

Daha çox göstər
Back to top button