Siyasət

Armen Sarkisyan and içdi və ER Prezidenti oldu

ER Parlamentinin xüsusi iclasında Armen Sarkisyan and içərək ER Prezidenti vəzifəsinə keçdi

Yeni seçilmiş prezident Armen Sarkisyan əlini Müqəddəs İncilə və ER Konstitusiyaya qoyaraq and içdi. Aprelin 9-da Yerevanın Karen Demircyan adına İdman və Konsert Kompleksində keçirilən parlamentin xüsusi iclasında Armen Sarkisyan and içdi.

“Ermənistan Respublikası Prezidentinin vəzifəsinə keçərək Ermənistan Respublikası Konstitusiyasına sabiq qalmağa, öz səlahiyyətlərimi yalnız dövlət və ümummilli maraqlara əsaslanaraq həyata keçirməyə və bütün gücümü milli birliyini möhkəmləndirməyə yönləndirməyə and içirəm”.

Andiçmədən sonra Ermənistan Respublikasının dövlət himni səsləndi, sonra isə Bütün ermənilərin katolikosu II Garegin çıxış etdi.

Ermənistan Respublikası aprelin 9-da tam parlament sisteminə keçir. Prezident Serj Sarkisyanın səlahiyyətlərin zamanı sona çatıb.

Konstitusiyaya görə, ER hökumətinin iclası keçiriləcək. Hökumət üzvləri yeni hökumətin təşkil edilməsinədək öz öhdəliklərini həyata keçirməyə davam edəcəklər.

Daha çox göstər
Back to top button