BaşlıcaSiyasət

Armen Sarkisyan: “Erməni Soyqırımının tanınması öz-özlüyündə bir nəticə deyil, təkrarlanmamaq üçün vacib bir addımdır”

Erməni xalqının qəhrəmanlıq yolunun keçmişi və təcrübəsi göstərir ki, ermənilərin tarixi şərəfli bir ruhun tarixidir.
Ruh və inam olmadan, qədimdən bu günlərimizə kimi gəlib çatmaq və insanlarla birlikdə yan-yanaşı addımlamaq və irəliyə getməklə bərabər ümumdünya insanlığına öz səmərəli işlərini çatdırmaq mümkün olmazdı. Armenpress-nin verdiyi məlumata aprelin 9-da ER dördüncü Prezidentinin vəzifəsini təhvil almaq üçün andiçmə mərasimindən sonra səsləndirilən nitqində bu haqda Armen Sarkisyan bəyan edib.
“Biz müasir ümuminsanlıq dəyərləri qaynaqlarından başlayaraq qədim Roma və Yunanıstanın klassik dövrünƏDƏK, Xristian doğumundan tutmuş bizim günlərə kimi universal dəyərlərlə yaşamaqdayıq. Həqiqətən fəxr edə bilərik ki, minilliklər ərzində erməni yüksəklikləri üzərində formalaşmış və var olmuş nadir erməniyəxas sivilizasiyadan olduğumuzu qürurla təstiq edə bilərik”-deyə yeni seçilən Prezidentimiz qeyd edib.
Armen Sarkisyan qeyd edib ki, erməni xalqı vaxtıyla müxtəlif vaxtlarda müxtəlif xalqlarla əlaqəli olub və mehribanlıqla yaşayaraq kifayət qədər sınaq əldə edib. Məhz bu səbəbdən də Ermənistan bütün münaqişələri müstəsna olaraq sülh yoluyla həll etməyin tərəfdarıdır.
“Biz bütün tarixlərlə isbat etmişik ki, yaradıcı və sülhsevər xalqıq. Bax nə üçündür ki, Ermənistan bütün münaqişələri və siyasi məsələləri dinc və danışıqlar yoluyla irəliyə aparmaq siyasətçiliyi üsulunu üstün tutur.
Onun nəzərincə, 100 il öncə Böyük qırğına düçar olunan ermənilərin daşıdığı faciə hamı üçün sayıq olmaq dərsi olmalıdır.
“Odur ki, bu gün Erməni Soyqırımının tanınılması insanlığa qarşı törədilən həmin o dəhşətli cinayətkarlığın beynəlxalqcasına tanınılması və qınanmağı onun dünyanın hər hansı bir yerində təkrar olunmaması üçün olduqca mühümdür”-deyərək ER dördüncü Prezidenti bəyan etdi.

Daha çox göstər
Back to top button