Təhlil

Birləşmiş Millətlər Təşkilatı ATƏT-in Minsk qrupundan DQ münaqişəsinin həlli üçün mümkün olan hər şeyi edəcəyini gözləyir

Birləşmiş Millətlər Təşkilatı (BMT) ATƏT-in Minsk qrupundan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mümkün olan hər şeyi edəcəyini gözləyir. Bunu Trend-ə özəl açıqlamasında BMT Baş Assambleyasının 72-ci sessiyasının sədri Miroslav Layçak deyib.

“Hazırda bu məsələnin həlli üçün qəbul edilən vasitə və ya format ATƏT-in Minsk qrupudur. Bu mexanizmə hörmət etmək və onun potensialından tam istifadə etmək lazımdır. Mən Minsk qrupundan bu münaqişənin sülh yolu ilə həlli üçün mümkün olan hər şeyi edəcəyini gözləyirəm”.

BMT-nin münaqişələrin qarşısının alınması və onların həlli istiqamətində gördüyü işlərə dair suala cvab verən M.Layçak qeyd edib ki, BMT-nin işi, adətən, münaqişə başladıqdan sonra sezilir:

“BMT Təhlükəsizlik Şurası görüşlər keçirir və adətən, qətnamələr qəbul edir. Bəzən, zərurət yarandıqda sülhməramlı qüvvələrin yeridilməsi qərarı qəbul edilir. Lakin 2016-cı ildən BMT-nin münaqişələrə yanaşması dəyişib. Belə ki, təşkilatın üzv ölkələri “Sülhü dayanıqlı etmək” adlı yeni konsepsiya ilə bağlı razılığa gəliblər. Bu konsepsiya, əsasən, münaqişələrin qarşısının alınmasına və münaqişə əlamətlərinə reaksiya göstərilməsinə istiqamətlənib. Münaqişənin əlamətləri baş qaldırdığı təqdirdə, biz münaqişələrin qarşısının alınması üçün preventiv diplomatiya, vasitəçilik kimi alətlərdən istifadə etməliyik”.

Daha çox göstər
Back to top button