Siyasət

“Rəqib qəsdən maddi ziyan verir”: Bağanis muxtarı

Aprelin 8-də saat 17:00 raddələrində rəqib Tavuş rayonunun Bağanis kəndi atəşə tutub.

“Sputnik Armenia”-ya müsahibədə Bağanis kəndinin muxtarı Narek Sahakyan deyib ki, kəndin inzibati bölgəsi atəşə tutulmuşdur.

“Düşmən hədəfində “Crhover” bölgəsi idi. Açılan atəş nəticəsində Bağanis sakini Surik Aleksanyanın ineyi öldü. Kənd sakinlərindən birinin 2 danası isə, yaralanmışdır”,-deyə Sahakyan qeyd etdi.

Kənd muxtarının sözlərinə görə, düşmən qəsdən maddi ziyan vermişdir.

“Çox vaxt yanğına qarşı qoruyucu maneələr tikməyi təklif edirlər, lakin bunlar mənasızdır, çünki rəqibin mövqeləri çox yüksəkdir və heç bir maneə müdafiə edə bilməz”,-deyə narek Sahakyan bildirdi.

Onun deməsinə görə, əkinçilik zamanıdır və kəndlilər üzüm bağlarında işləyirlər. Bu hadisədən sonra onlar daha diqqətli olmalıdırlar”.

Xatırladaq ki, kənd son dəfə bir yarım ay əvvəl atəşə tutulmuşdu.

Daha çox göstər
Back to top button