BaşlıcaTəhlil

S. Lavrov: DQ münaqişəsinin həlli üçün yeni ideyalar yarandı, həmsədrlər hazırda münaqişə tərəfləri ilə həmin təklifləri müzakirə etməkdədir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, 2011-ci il tarixli Kazan sammitinə hazırlıq işləri çox intensiv aparılmışdı, xüsusilə də Minsk qrupu həmsədrləri tərəfindən.

Müsahibə Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

“2009-2011-ci illərdə aparılan işlər həqiqətən çox intensivdi. O vaxt Rusiya, Ermənistan və Azərbaycan prezidentləri təxminən 10 dəfə görüşmüşdülər. Nöbəti görüş Kazanda keçiriləcəkdi və müsbət nəticələnmə ümidi vardı, çünki Rusiya tərəfindən ABŞ və Fransanın dəstəyi ilə hazırlanmış sənədlərdə Yerevan və Bakının bütün narahatlıqları nəzərə alınmışdı.

Lakin artıq sammit vaxtı əlavə sual və şərhlər yarandı. Belə olur. Biz bundan faciə etmirik. İş davam etdiriləcək. Əminəm ki, “Kazan sənədi”ndə yer almış müddəaların əksəriyyəti bu gün də aktualdır”, – deyə Lavrov qeyd edib.

Düşünürəm ki,  o illər əldə olunan nəticələrin heç biri itməyib. Sözsüz, bu illər ərzində yeni ideyalar yarandı, həmsədrlər hazırda münaqişə tərəfləri ilə həmin təklifləri müzakirə etməkdədir. Ən əsası –hələ də danışıqlarda müşahidə olunan inamsızlıqdan imtina etmək və fikri kifayət qədər çox olan real, praqmatik ideyalar üzərində cəmləşdirmək gərəkdir”, – deyə Lavrov qeyd edib. Onun sözlərinə  görə, həmin ideyalar “kağızda öz əksini” tapmalıdır.

Daha çox göstər
Back to top button