Ekonomika

Yerevanda “Armenian Blockchain Forum”-u keçiriləcək

Aprelin 22-də Yerevanın Tumo yaradıcılıq texnologiyalarının mərkəzində “Armenian Blockchain Forum”-u keçiriləcək. Forum çərçivəsində böyük investisiya fondları və İT şirkətlərinin rəhbərləti öz təcrübələrini paylaşacaqlar.

Ermənistana dəvət olunmuş beynəlxalq ekspertlər blokçeyn texnologiyaları və kripto valyutalar bazarının inkişaf prespektivləri barədə öz proqnozları, layihələri və bu sahədə investisiyaların cəlb olunması və mənfəət alma imkanları haqqında danışacaqlar. Ümumi olaraq 20 ölkədən 30-dən çox ekspert gələcək. Bu barədə fond bəyanatında deyilir.

Asiya, Avropa və ABŞ-dan olan ümumi kapitalı 10 milyard dolları keçən 30-dan çox investisiya fondu artıq bu tədbirdə iştirakını təsdiqləyib.

Daha çox göstər
Back to top button