Aşotyan: Azərbaycan-Aİ sazişi Ermənistan-Aİ sazişindən çox fərqli və məhdud olacaq
Məlumatlarımıza görə, Azərbaycanla Aİ sazişi genişləndirilmiş deyil, sadəcə hərtərəfli olacaq. Bunu bu gün ER Parlamentində “Bir tərəfdən Ermənistan Respublikası, digər tərəfdən isə Aİ, Avropa Atom Enerji Birliyi və onların üzv dövlətləri arasında hərtərəfli və genişləndirilmiş əməkdaşlıq” razılaşmasının təsdiqlənməsi haqqında” qanun layihəsinin müzakirələri zamanı Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Armen Aşotyan bildirib.
Onun sözlərinə görə, Azərbaycan-Aİ sazişinin siyasi tərəfi Ermənistanla olan sazişdən çox fərqli olacaq. “Aİ Azərbaycanla demokratiya ilə bağlı bütün islahatları həyata keçirə bilməz. İqtisadi və digər sahələrdəki dialoqlar da məhdud olacaqlar. Yəni, onların da yeni hərtəfəli sazişi olacaq, lakin məzmun iqtisadi və siyasi baxımdan tamamilə fərqli olacaqdır”,-deyə Aşotyan qeyd etdi.