Siyasət

Davit Babayan: Marağa qırğınları etnik təmizləmələrinin nəticəsi idilər

Marağada törədilmiş qəddar cinayət etnik təmizləmələrə və Artsaxı ermənilər olmadan işğaı etmə siyasətinə əsaslanaraq həyata keçirilmişdir.

“Artsakhpress”-in müxbiri ilə söhbətdə 1992-ci il aprelin 10-da Azərbaycan SQ tərəfindən Marağada törədilmiş qırğınlar haqqında Artsax Respublikası Prezidentinin mətbuat katibi Davit Babayan bildirib.

“Biz cəzasızlıq faktorunu nəzərə alaraq, görürük ki, Azərbaycan daha ksenofob və faşist olur. Beynəlxalq ictimaiyyət Marağada törədilmiş cinayəti qınamalıdır. Bunun pislənməməsi dünyanın müxtəlif ölkələrində bu cür cinayətlərin təkrarlanmasına zəmin yaradır. Beynəlxalq ictimaiyyət tərəfindən bu qırğınların tanınması bizim önəmli və prioritet məsələlərimizdən biridir”,-deyə D. Babayan qeyd etdi.

Xatırladaq ki, 1992-ci il aprelin 10-da Azərbaycanın “Qurtuluş” batalyonu (1000 əsgər), 20 zirhəli maşınla birlikdə Martakert rayonunun Marağa kəndini işğal etmişdi. Nöbəti gün erməni SQ kəndi azad edib, lakin orada 43 min dinc sakinin məyiti tapılıb. Onların əksəriyyəti kənddən qaça bilməyib zirzəmilərdə sığınmış yaşlı və əlillər idi.

Daha çox göstər
Back to top button