Ekonomika

Ermənistan Parlamenti ER-Aİ sazişinin təsdiqlənmə məsələsini müzakirə edir

Ermənistan Parlamenti Ermənistan-Aİ arasında imzalanmış hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq razılaşmasının təsdiqlənmə məsələsini müzakirə edir. Razılaşma deputatların müzakirəsinə ER Xİ nazirinin müavini Karen Nazaryan təqdim etdi.

“İnanırıq ki, ER-Aİ əlaqələrində  icra orqanlarının səmərəli addımları qanunvericiliyin dəstəyi və inamı ilə atılacaqdır. Düşünürəm ki, Ermənistan və Aİ arasında əməkdaşlıq razılaşması məhz bu dəsəyin və inamın nəticəsidir”,-deyə Nazaryan qeyd etdi.

O vurğulayıb ki, razılaşma ilə Yerevan və Brüssel arasında siyasi dialoqun gücləndirilməsi, iqtisadi və sosial islahatların davam etdirilməsinə əsasların yaradılması nəzərdə tutulur, çünki yeni razılaşmanın əsasında demokratiyaya, insan hüquqlarına və qanunun aliliyinə üstünlük vermə prinsipləri var.

“Razılaşma ilə enerji, nəqliyyat və ətraf mühit sahəsində daha güclü əməkdaşlıq yaradılacaq. Razılaşma Ermənistan və Aİ arasında olan ticarət əlaqələrində yeni bir dövr olacaq. O, iqtisadi əməkdaşlığı inkişaf etdirəcək, biznes mühitini yaxşılaşdırar, biznes üçün yeni imkanlar, investisiyalar və yeni iş yerləri yaradacaqdır”.

Nazir müavini qeyd etdi ki, razılaşma Ermənistan və Aİ iqtisadi və siyasi əlaqələrini daha da yüksək səviyyəyə çatdıracaqdır.

Daha çox göstər
Back to top button