Ekonomika

Ermənistanın atom elektrik stansiyası ER-Aİ sazişi ilə bağlanmayacaq: Xİ nazirinin müavini

“Ermənistan və Aİ arasında imzalanmış hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq razılaşmasının qüvvəyə inməsindən sonra atom elektrik stansiyasının balanmasına dair məlumatlar sünidir”,-deyə ER Parlamentinin iclasında Xİ nazirinin müavini Karen Nazaryan bildirib.

“ER Prezidenti bir neçə dəfə bu barədə danışmışdır. Energetik sahədə biz Aİ ilə qarşılıqlı fayda, şəffaflıq və proqnozlaşdırma əsasında əməkdaşlıq etmək barədə razılığa gəldik. Bu əməkdaşlıq bir çox məsələlərlə birlikdə Metsamor atom elektrik stansiyası fəaliyyətinin dayandırılması üçün yol xaritəsi və ya fəaliyyət planının erkən qəbul olunmasını da daxil edir. Yəni, söz nüvə elektrik stansiyasının bağlamasından deyil, yol xaritəsinin erkən qəbulu haqdadır”.

Bundan başqa, bu sazişə əsasən, tərəflər Ermənistanın xüsusiyyətlərini nəzərə alaraq atom enerji sahəsində əməkdaşlığa dair razılığa gəldilər.

Ermənistanın AES-in köhnə enerji blokunun yenisi ilə əvəz edilməsi barədə razılığa gəliblər. Nazirin sözlərinə görə, bu, Ermənistanın enerji inkişafı strategiyasının tələbidir.

Daha çox göstər
Back to top button