Serj Sargsyan: “Azərbaycan siyasi xəritədə ilk dəfə yüz il əvvəl peydə olub”

İtaliyanın aparıcı La Stampa qəzetinə müsahibəsində Ermənistan Respublikasının Prezidenti Serj Sargsyan (vəzifə müddəti 9 apreldə başa çatdı ) Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına toxunaraq, qeyd etdi ki, həm prezident Matarela, həm də Senatın sədri Kazaleti ATƏT Minsk qrupunun formatını dəstəkləyirlər.
“Münaqişənin nizamlanması barədə ATƏT-in Minsk qrupunun tərəfindən istifadə edilən formulaları Ermənistan-Avropa İttifaqı hərtərəfli və geniş əməkdaşlıq haqında sazişdə də qeyd edilir- güc tədbiq etməmək prinsipi, xalqalrın bərabərliyi və öz müqəddəratını təyin etmək prinsipi, dövlətlərin ərazi bütövlüyü. Sazişin ratifikasiyasından sonra saziş Avropa İttifaqının bütün ölkələri üçün bir qanun olacaq. Dağlıq Qarabağ danışıqlarında bu gün irəliləyiş yoxdur, çünki Azərbaycanın gözləntiləri qeyri-realdır”- deyə Serj Sargsyan qeyd etdi.
“Tanıma təhlükəsizliyi nəzərdə tutur, bunu olduqdan sonra, biz il olaraq Artsaxın müstəqiliyini tanıyacağıq. Hal- hazırda müstəqiliyinin tanınması danışıqlar prosesini pozmaq deməkdir. Ən əhəmiyyətlisi Bakının tanımasıdır.Bu ilk dəfə deyildir ki Əliyev belə təcavüzkar bəyanatlarla çıxış edir, belə çıxışlar edən ilk Azərbaycan prezidenti deyildir. Keçmiş prezidentlər də “Bir həftədən çay içmək üçün Stepanakertə gedəcəyik” deyiblər. Qed etmək lazımdır ki, bu belə olmayıb. Əliyev Ermənistanın tarixi ərazisini Azərbaycanın ərazisi olduğunu bəyan edərkən, o Azərbaycanın bundan yüz il əvvəl siyasi xəritəyədə peydə olduğunu xatırlamalıdır, biz isə önümüzdəki payızda paytaxt Yerevanın 2800 illik yubileyini qeyd edəcəyik” – deyə Serj Sargsyan qeyd etdi.