Artsaxdakı Yeni Karmravanda arxeoloqlar tapılan qədim abidələri araşdırmağa davam edəcəklər
Artsaxın Martakert rayonunun Yeni Karmravan kənd ərazisində 2018-ci il qazıntıları davam etməkdədir. “Armenpress” ilə söhbətdə ER Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Artsax arxeoloqlar qrupunun üzvü Njdeh Yeranyan qeyd edib ki, hazırda Yeni Karmravanda aparılan qazıntılar 2016-cı ildə edilmiş qazıntıların davamıdırlar. “Bu abidələr 2016-cı ildə tapılmışdı, sonra isə kəşfiyyat qazıntıları aparılmışdı”,-deyə o qeyd etdi.
Njdeh Yerenyanın sözlərinə görə, tapılmış qədim abidələrin elmi araşdırması Artsax Tigranakerti və yaxınlığındakı araşdırmalarının bir hissəsidir. “Yeni Karmravandaı abidələrinin araşdırması bu abidələrlə bağlı bir sıra suallara cavab verəcək. Abidələrin araşdırlması həm Artsax, həm Utik, həm də Qafqaz və Yaxın Şərqin E.ə. I əsr tarixi və mədəniyyəti üçün çox əhəmiyyətlidir. Beləliklə də bunların araşdırılması və təqdim edilməsi regionla maraqlı olan başqa ekspertlərin diqqətini Artsaxa yönləndirəcəkdir”,-deyə o əlavə etdi.
Nor Karmravanda aparılan qazıntılar aprelin sonanadək davam ediləcəkdir.
Artsaxda tapılmış bu qədim abidələr xristianlıqdan əvvəl olan mədəniyyətin mühüm hissələridir.