Təhlil

Azərbaycan diktaturadır, lakin bu, Avropanı narahat etmir: Leyla Yunus

Aprelin 11-də keçirilən prezident seçkilərində İlham Əliyev ölkənin lideri olaraq öz yerini təsdiq edəcəkdir. Əliyev rejiminin əsas müxalifətçilərindən biri Leyla Yunus Fransaının “Liberation” qəzetinə müsahibədə Azərbaycan həbsxanalarında tətbiq edilən işgəncələrdən danışdı.

“Azərbaycan rəsmi olaraq respublikadır, lakin reallıqda sultanlıqdır. Prezident, bizim diktatorumuz, ilk dəfə 2003-cü ildə seçilmişdir. Bu gün Azərbaycanda artıq müstəqil hüquq müdafiəçiləri və jurnalistlər yoxdur. Siyasi məhbusların siyahısında 161 nəfər var. Onlardan 12-si jurnalist və bloqqer, biri şair, biri isə yazıçıdır.

Onların bir qismi artıq təxminən 20 il həbsdədir. Azərbaycala müqayisədə Aİ tərəfindən daha sərt təqid edilən Rusiyada daha az siyasi məhbus vardır”,-deyə Leyla Yunus qeyd edir.

“Avropa Şurası ona qarşı heç bir sanksiya təsdiq etməyib və özünü də dünyanın aparıcı hüquq müdafiə təşkilatı hesab edir. Noyabrda Əliyev Brüsselə getdi və Federika Mogerini ilə görüşdü. Mogerini bildirib ki, Aİ və Azərbaycan arasında yaxşı münasibətlər var, lakin hər il ölkəmizdə işgəncələr üzündən insanlar ölür”,-Yunus deyir.

“Azərbaycan diktaturadır, lakin bu, Avropanı narahat etmir. Biz sanksiyalar tələb edirik, lakin nəticəsiz. Bu gün Azərbaycandakı vəziyyət çox təhlükəlidir. Biz iqtisadiyyatın dağılmasına yaxınlaşırıq. Bunun nəticəsində bi çox insan Azərbaycanı tərk edir və Rusiyaya gedir. Biz İran tərəfindən dəstək alan müsəlman qruplarının gücünün böyüməsindən narahatıq. Ölkədə başlayan böhran Suriyaya çox oxşardır”.

“Sanksiyalar tətbiq olunmur, çünki bizim neftimiz, qazımız var və Rusiya energetiklərindən daha müstəqil olmaq istəyən Avropa bunlardan asıllıdır. Bu, geosiyasi və maliyyə məsələsidir. Əliyev deyib ki, özü Azərbaycanın vətəndaş cəmiyyətinin bütün institutlarını məhv edəcəkdir. Onlar bizi xalq düşmanı kimi görürlər. Onlar bizi Avropa ölkələrində belə təqib edirlər”,-deyə Yunus qeyd etdi.

Daha çox göstər
Back to top button