İctimaiyyət

CNN-in Ermənistan və Artsax haqqında filmi mayda nümayiş olunacaq

Amerikanın CNN televiziya şirkətinin “Entoni Burden: Naməlum yerlər” teleproqramında Ermənistan və Artsax haqqında Entoni Burdenin çəkdiyi filmi göstəriləcək.

Aprelin 22-də başlayan proqramda 8 epizod göstəriləcək. Entoni Burden Qərbi Virciniyaya (ABŞ), Nyufaundlendə (Kanada), Uruqvaya, Butana, Berlinə (Almaniya), Akadiana bölgəsinə (ABŞ, Luiziana) və Hong Konga getmişdi.

Ermənistan haqqında olan epizodlar mayın 20-də göstəriləcək. Müəllif proqramda ölkə mədəniyyətinə və tarixinə geniş yer verir. Onu məşhur erməni müğəni System of a Down qrupunun solisti Serj Tankyan və tarixçi Riçard Kirakosyan müşayiət edirlər. Buden yerlilərlə yemək yeyərək yerli ve diasporada yaşayan ermənilərin tarixi və qeyd etdiyi uğurlarını açıqlayır.

Entoni Burden Ermənistana və Artsaxa 2017-ci il oktyabrında gəlmişdi. Artsaxda o Şuşidə olmuş və yerli yeməkləri dadmışdı. Artsaxa etdiyi səfərdən sonra Azərbaycan KİV-ləri məlumat yaymışdılar ki, CNN müxbiri Azərbaycanın “qara siyahısına” daxil edilmişdir.

Daha çox göstər
Back to top button