Siyasət

Ermənistan parlamenti ER-Aİ razılaşmasını yekdilliklə təsdiqlədi

Bu gün Ermənistan parlamenti ER-Aİ arasında imzalanmış hərtərfli və genişləndirilmiş əməkdaşlıq razılaşmasını yekdilliklə təsdiqlədi. 95 millət vəkili müsbət səs verib.

Sənədin müzakirəsi parlamentdə aprelin 10-da başlanmışdı. Bütün partiyaları sənədi tarixi adlandırıblar.

Xarici işlər nazirinin müavini Karen Nazaryan bvurğulayıb ki, razılaşma ilə Yerevan və Brüssel arasında siyasi dialoqun gücləndirilməsi, iqtisadi və sosial islahatların davam etdirilməsinə əsasların yaradılması nəzərdə tutulur.

Bundan başqa, razılaşma ilə enerji, nəqliyyat və ətraf mühit sahəsində daha güclü əməkdaşlıq yaradılacaq. Razılaşma Ermənistan və Aİ arasında olan ticarət əlaqələrində yeni bir dövr olacaq. O, iqtisadi əməkdaşlığı inkişaf etdirəcək, biznes mühitini yaxşılaşdırar, biznes üçün yeni imkanlar, investisiyalar və yeni iş yerləri yaradacaqdı.

Razılaşmanın qüvvəyə girməsindən sonra viza azadlığı da gözlənilir.

Daha çox göstər
Back to top button