Erməni Soyqırımı

Xaçkar yerində aksiya: Hollandiyada Erməni Soyqırımına həsr edilmiş tədbirlər aprelin 17-dən başlanacaqlar

Hollandiyada Erməni Soyqırımının 103-cü il dönümünə həsr edilmiş tədbirlər aprelin 17-dən başlanacaqlar. “Armenpress”-ə müsahibədə “Hollandalı ermənilərin təşkilatlarının federasiyası”-nın sədri Mato Haxverdyan deyib ki, aprelin 17-də parlamentin yaxınlığındakı meydanda Hollandiya hökumətinə qarşı aksiya keçiriləcək.

“Bildiyimiz kimi, Hollandiya parlamenti Erməni Soyqırımını tanımışdır və iki dəfə (2004-cü və 2018-ci illərdə) müvafiq sənədi qəbul etmişdir, lakin hökumət bu mövzu barədə danışanda “Erməni Soyqırımı məsələsi” kimi formullardan istifadə etməyə davam edir. Bizim üçün hökumətin bəyanatlarında doğru formulların tətbiq olunması vacibdir”,-deyə Mato Haxverdyan qeyd edib.

Erməni Soyqırımının 103-cü il dünümünə həsr edilmiş tədbirlər çərçivəsində aprelin 21-də yeni xaçkar açılacaq və Erməni Soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş xatirə lövhəsi yerləşdiriləcək. O, Amsterdamın Müqəddəs Ruh erməni kilsəsinin ərazisində olacaq. Açılışda siyasi və ictimai xadimlər iştirak edəcək. Aprelin 24-də xaçkarın yanında xüsusi tədbirlər də keçiriləcəkdir.

Aprelin 24-də Asen şəhərinin Mets Yeğern memorialı və eyni gündə axşam saatlarında Almelo şəhərindəki Mets Yeğern memorialı yanında da tədbirlər təşkil ediləcək.

Daha çox göstər
Back to top button