Təhlil

НГ: “Azərbaycanda prezident seçkilər, yoxsa Əliyevə inanmaq məsələsi üzrə referendum idi?”

Azərbaycanda çərşəmbə günündə növbədənkənar seçkilər keçirilib. Fəaliyyətdə olan prezident İlham Əliyevdən başqa seçkilərdə daha yeddi namizəd iştirak edib. Bütün gün ərzində Azərbaycan MSK yüksək iştirak barədə məlumatlar təqdim edib, müşahidəçilər “heç bir əhəmiyyətli pozuntunun olmadığını” bildirib. Bütün bunlar bizə seçkilərin tanınması və seçkilərdə İlham Əliyevin qələbəsinin şübhə olmadığını iddia etməyə imkan verir. Bu barədə “Независимая Газета” yazır.

Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi Aleksandr Karayevin sözlərincə, Azərbaycanda söz faktiki olaraq klassik mənada seçkilər barədə deyil, fəaliyyətdə olan İlham Əliyevin siyasətinin inam məsələsi üzrə referendum barədədir.

Rus ekspertin qiymətləndirməsiylə həmçinin Bakıda “JAM-news” siyasi təhlilçisi Şahin Rzayev razıdır. Onunjh sözlərincə, müstəqil Azərbaycanda seçkilər indiyədək bu qadar zəif olmayıb.

“Müxalifət partiyaları bir-birinə qısqancdırlar, qorxaraq ki, onlardan biri “aparıcı müxalifət güc” adına layiq olacaq və
mütəmadi olaraq bir-birləri ilə səlahiyyətlilərlə əməkdaşlıq barədə ittiham edir.
Məsələn, “Musavat” və “Xalq cəbəhə” beş il ərzində ilk dəfə birgə aksiya keçirmək çalışdırlar, amma yalnız 3 min adama toplaya bildi”- deyə Şahin Rzayev qeyd edib.

Onun sözlərincə, indiki seçkilər bu vəziyyətini əks edir.

Çərşənbə günü keçirilmiş nöbədənkənar seçkilərin ilk nəticələrinə əsasən, Azərbaycanın fəaliyyətdə olan prezidenti İlham Əliyev aparıcıdır. Seçki bülletenlərinin 67 faizi nəticələrinə əsasən, seçicilərin 86,09% -i Əliyevə səs verib.

Daha çox göstər
Back to top button