Siyasət

 Masis Mayilyan: “Bakı təmas xəttində gərginliyin azaltması barədə əldə olunan razılıqları yerinə yetirmir”

Azərbaycanın strukturlaşdırılmış danışıqların başlanması  barədə bəyanatları nizamlanma prosesini təxirə salmaq üçün bir oyundur. Bu haqda  “Tert.am”a müsahibəsində Artsax Respublikasının xarici işlər naziri Masis Mayilyan  bildirdi. O xatırlatdı ki, məhz Azərbaycan tərəfi böyük siyasi saziş  barədə çalışmalardan imtina etdi və müzakirələrin davam etdirilməsi üçün nizamlanma prosesinə dair prinsiplərin hazırlanma təklifini irəli sürdü. Artsax Respublikasının xarici işlər nazirinin sözlərinə görə, hal-hazırda isə Azərbaycan münaqişənin nizamlanmasına dair öz təşəbbüsündən imtina etməyi və  strukturlaşdırılmış danışıqlara keçməsini təklif edir.

“Dağlıq Qarabağ-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəlmiş strukturlaşdırılmış danışıqların yenidən başlanması üçün ilk növbədə  sülh prosesinin dönməzliyini təmin etmək lazımdır.  Artsax-Azərbaycan təmas xəttində olan gərginlik və hərbi əməliyyatların yenidən başlanması təhdidlərin mövcud olduğu hallarda   uzun müddətli sülh şəraitini müzakirə etmək  mümük deyildir. Sülh prosesinin dönməzliyinin təmin edilməsi  bu iki komponentlərin həyata keçirilməsi nəzərdə tutur, iki komponentləri   ATƏT-in fəailiyyətdə olan sədrinin şəxsi nümayəndəlik ofisinin genişləndirilməsi və insidentlərin araşdırılması mexanizminin yaradılmasını nəzərdə tutur . Bu iki komponent təmas xəttinin monitorinqi üçün daha geniş imkanlar yaradacaq, buna görə də  atəşkəs rejimini pozan tərəfi müəyyənləşdirmə və hadisələrin qarşısını almağa imkan verəcək. Eyni zamanda 1995-ci ildə Azərbayan, Artsax və Ermənistan arasında əldə olunan  müqavilə yerinə yetililməlidir.

Qeyd edilən addımlardan sonra münaqişənin sülh yolu ilə nizamlanmasına dair sazişin müzakirəsinə diqqət yetirmək mümkün olacaq”- deyə Masis Mayilyan qeyd etdi.

O qeyd etdi ki,  Bakı təmas xəttində gərginliyin azaltması barədə əldə olunan razılıqları yerinə yetirmir və danışıqlar prosesinin təşviqinə yönəlmiş vasitəçilərin təşəbbüslərini rədd edir.

 

Daha çox göstər
Back to top button