Siyasət
Müxalifət aprelin 14-də mitinq keçirəcək

Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının aprelin 14-nə təyin etdiyi mitinqə icazə verib.
“Turan.az” saytına əsasən, müxalifətin mitinqi aprelin 14-də saat 15-dən 17-dək Yasamal rayonunda yerləşən “Məhsul” İdman-Sağlamlıq Mərkəzinin stadionunda keçiriləcək.
Milli Şuranın sədri Cəmil Həsənli Turan-a bildirib ki, mitinqin əsas şüarı “Xalqın seçki hüququnu özünə qaytar!” olacaq.
“Mitinqdə prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasına, seçki korrupsiyasına qarşı mübarizə, siyasi məhbuslara azadlıqla bağlı şüarlar qaldırılacaq”, deyə o qeyd edib.