İctimaiyyət

Artsaxda memarların ümum-erməni konfransı keçiriləcək: dövlət naziri cavabdehləri qəbul etdi

Artsax Respublikasının dövlət naziri Arayik Harutyunyan aprelin 12-də memarlar və mühəndislər ümum-erməni birliyinin həmsədri Gohar Tutuncyan və icraçı direktoru Arpenik Danielyanı qəbul etdi.

Artsax hökumətinin rəsmi Facebook səhifəsində yayılmış məlumata görə, A. Harutyunyan ER Diaspora Nazirliyinin və memarlar və mühəndislər ümum-erməni birliyinin oktyabrda Artsaxda keçiriləcək “memarlar və mühəndislər” ümum-erməni 4-cü konfrans təşəbbüsünü alqışlayaraq ümid edib ki, Artsaxın şəhərsalma inkişafında ümum-erməni potensiyalın səmərəli tətbiq olunması üçün yeni imkanlar yaradılacaq.

Dövlət naziri qeyd edib ki, son illərdə Artsaxda geniş miqyaslı tikinti işləri aparılır və görkəmli erməni memarlarının memarlıq işlərində iştirakından şad olarlar.

Görüş zamanı tərəflər konfransın  keçirilməsinə və uzun müddətli əməkdaşlğa dair məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Daha çox göstər
Back to top button