Təhlil

Bloomberg: “Azərbaycanda saxta prezident seçkiləri oldu”

Dünyaca tnınmış Bloomberg saytı Azәrbaycanda keçirilәn saxta seçkilәrdәn yazıb. Məlumatı azadliq.info yayıb.

Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı müxalifәtin boykot etdiyi seçkilərdə səslərin 80 faizindən çoxunu qazanıb.

ELS araşdırma mərkəzinin keçirdikləri exit-pollun rәyinә görə Əliyev səslərin 82,5 faizini alıb. “Opinion Way” şirkətinin rәyinә görә isә 86,5 faiz dəstək verilib. ELS-in məlumatına görə kiçik hökumət partiyasının lideri Qüdrət Həsənquliyev ikinci yerdə qәrarlaşıb. Seçkidә seçicilərin sayı 68 faiz olub.

Ölkənin əsas müxalifət partiyaları və qrupları seçkinin tarixini fevral ayında sürpriz bir şәkildә altı ay irәli çәkilmәsindәn sonra seçkiyә getmәkdәn imtina edibilәr.

Seçki bülletenindəki yeddi namizəddən biri xaric, hamısı dövlət televiziyasında müzakirələr zamanı hökuməti tərifləyirdi.

1994-1997-ci illərdə ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsini icra edən, Jorj Mason Universitetinin Enerji Elmləri və Siyasəti Mərkəzinin direktoru Riçard Kozlariç: “Bunlar saxta seçkilərdir. Siyasi müxalifəti boğdular, seçki azadlığını tәmin etmәdilәr, müxalifət mediasını qapadılar, bloqçuları hәbs etdilәr, insanları qorxutdular və ailələrini təqib etdilər”.

2016-cı il referendumunda konstitusiyanı dəyişdirmək üçün səs vermә keçirildi vә prezidentlik üçün səlahiyyət müddəti beş ildən yeddi ilədək artırıldı. Əliyev ötən il referendumdan sonra yaradılan Azərbaycanın birinci vitse-prezidenti vəzifəsinә həyat yoldaşı Mehriban Әliyevanı təyin edərək ailə hakimiyyətini daha da gücləndirdi. Atası Heydər Әliyev müstəqil Azərbaycanı 2003-cü ildə vəfat etmədən öncә on ilədək idarə etdi və 1982-ci ilə qədər isә Sovet İttifaqının bir hissəsi olan respublikada 13 ildən çox müddətə rəhbər postunu tutub.

Seçki Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı tərəfindən izlənilib. Әvvəlki seçkilәrdә dә ATӘT Azərbaycanda keçirilәn seçkilәri tənqid edib. Azərbaycan rəsmiləri ittihamları rədd edir.

Əliyev hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının keçirilən televiziya müzakirələrində iştirak etməyib. O, heç keçirilәn tәbliğat aksiyalarına da qatılmayıb. Müstәqil seçki komissiyalarının olmaması nәticәsindә hökumətin maliyyələşdirdiyi sorğularda seçicilərin 80 faizindən çoxu Əliyevə dəstək veriblәr.

Müxalifət Demokratik Qüvvələrin Milli Şurası və Müsavat (birlikdә) partiyası ötən ay paytaxt Bakıda hökumәtә qarşı korrupsiyaya və hökumətin təzyiqlərinә qarşı etiraz etmək üçün iki mitinq təşkil etdi.

1994-cü ildən bəri Azərbaycana BP və tərəfdaşları enerji layihələrinə 70 milyard dollardan çox sərmayə qoyub. İqtisadiyyat neft qiymətlərinin çökməsi ilə son illərdə mübarizə aparmışdır. 2016-cı ildə ümumi daxili məhsul yüzdə 3,8 faiz azaldıqdan sonra Azərbaycanın iki onillikdə ilk dәfә iqtisadiyyatında daralma başladı.

Daha çox göstər
Back to top button