Təhlil

“Möcüzəli” seçki

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDTM) MSK-nın saytından skrinşotları yayıb.”Turan.az” saytına əsasən, məlum olur ki, ən azı 13 dairədə bütün məntəqələrdə seçicilərin iştirakı eyni olub:

https://www.facebook.com/AZEelections/

SMDTM bunu seçici iştirakının süni şişirdilməsinə sübut hesab edir.

Gün ərzində saat 10:00, 12:00, 17:00 və 19:00-a olan məlumatlıara görə, bütün məntəqələrdə eyni rəqəmlər təkrarlanıb.

Məsələn, saat 10.00-a olan məlumata görə, 42 saylı Sumqayıt ikinci seçki dairəsində 17 məntəqənin hamısında seçicilərin 15%-i səs verib, saat 12:00-da 37%, 15.00-da 60%, 17.00 – 70%, 19.00-da 74% seçici səs verib.

1 saylı Şərur-Sədərək dairə seçki komissiyası, 2 saylı Şərur seçki dairəsi, 41 saylı Sumqayıt birinci seçki dairəsi, 42 saylı Sumqayıt üçüncü seçki dairəsi, 27 saylı Mingəçevir seçki dairəsi, 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi, 91 saylı Ucar seçki dairəsi, 95 saylı Tərtər seçki dairəsi, 103 saylı Gədəbəy seçki dairəsi, 104 saylı Gədəbəy-Tovuz seçki dairəsi, 107 saylı Qazax seçki dairəsi, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində analoji mənzərə müşahidə edilib.

Həmin seçki sairələrində demək olar ki, seçicilərin iştirakına dair məlumatlar eyni olub.

İctimai Siyasət İnstitutunun rəhbəri Bəxtiyar Hacıyev MSK-nın saytında 1 saylı Şərur-Sədərək seçki dairəsi üzrə səsvermənin nəticələrinə dair şkrinşotları açıqlayıb.

34 və 35-ci məntəqələrdə prezidentliyə namizəd Araz Əlizadə hər birindən 2 səs yığıb.

Daha çox göstər
Back to top button