BaşlıcaBeynəlxalq
Movses Hakobyanın başçılıq etdiyi nümayəndə heyəti KTMT Hərbi Komitəsinin iclasına qatılacaq

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi general polkovnik Movses Hakobyanın rəhbərlik etdiyi nümayəndə heyəti Astanada keçiriləcək KTMT Hərbi Komitəsinin növbəti iclasında iştirak edəcək. Bu barədə “Armenpress” saytına Ermənistan Respublikasının Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr idarəsindən məlumat verilib.