İctimaiyyət
Şənbə mitinqinin təşkilatçıları polisə çağırılıb
Müxalifətin 14 aprel mitinqinin təşkilatçıları cümə günü Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb. Bu barədə Turan-a Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Vahid Məhərrəmli bildirib.
Müxalifət nümayəndələri ilə paytaxt polisinin rəis müavini Səhləb Bağırov və baş prokrorun baş müşaviri Mehman Qocayev söhbət edib.
“Əvvəlki mitinqlərdən əvvəl də olduğu kimi, onlar qanun pozuntularınun yolverilməz olduğu və buna görə məsuliyyətimiz haqqında xəbərdarlıq ediblər”, deyə Məhərrəmli bildirib.
Xatırladaq ki, İlham Əliyevin qalibi elan edildiyi prezident seçkilərinin nəticələrinə etiraz mitinqi 14 aprel saat 15.00-dan 17.00-a qədər “Məhsul” stadionunda keçiriləcək.